Ramazan ayı başlayır

QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb

Source:


QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb


Qafqaz Müsəlmanları İdarəsi

ndən (QMİ)

APA

-ya verilən məlumata görə,  iyunun 17-i axşam niyyət axşamıdır və  sabah artıq Ramazanın ilk günü hesab olunacaq.

Bu gün niyyət axşamı isə müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

Ramazan ayının başlanması ilə bağlı QMİ-nin Qazilər Şurasının fətvası var. Fətvaya əsasən bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Fətvada deyilir: “Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olmuş, məzhəb, vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil. Buna görə də dindarlarımıza, bölgələrdəki qazılara, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Bildirmək istərdik ki, Azərbaycan hökuməti istər Qurban, istərsə Ramazan bayramlarının iki gün bayram edilməsi barədə qərar verib. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının son günündə) çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasına şərait yaradır. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinməlidirlər, belə ki, bu, şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək. Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun. QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə və dindarlara tövsiyə edir ki, Avropa oyunları günlərində xarici qonaqlarımıza zəngin mənəvi, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq imkanının yaradılması üçün əllərindən gələni əsirgəməsinlər”.

Qeyd olunub ki, uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-buluğa çatsa, oruc tutmalıdır: “Əgər azandan sonra həddi-buluğa çatsa, o günün orucu ona vacib deyil. Amma müstəhəbb oruc tutmaq istəsə, ehtiyata əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır. Xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, oruc üçün niyyət edib o günün orucunu tutmalıdır. Amma zöhrdən sonra sağalarsa, o günün orucu ona vacib deyildir”.

 Bildirilib ki, Orucu batil edən əməllər aşağıdakılardır:

1. Yemək və içmək;

2. Cima (cinsi əlaqə);

3. İstimna (insanın özündən sperma xaric etməsi);

4. Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin (s) canişinləri olan İmamlara    (ə) yalan isnad vermək;

5. Qəliz tozun boğaza yetişməsi;

6. Məşhur rəyə əsasən, başı tamamilə suya batırmaq;

7. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq;

8. Axıcı şeylərlə imalə etmək;

9. Qusmaq.

Eyni zamanda, QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.

Ana səhifəXəbərlərRamazan ayı başlayır