Nazir qardaşı ruhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub
İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində (Bakıdan 177 kilometr şimal) Bakı şəhər sakini, 70 yaşlı Ramiz Verdiyev odlu silahla qətlə yetirilib. Yerli sakinlər E.Verdiyevi Eynullah Hacıyevin qısqanclıq zəminində öldürdüyünü bildirirlər. Hadisə biznesmen R. Verdiyevin Çiləbir kəndindəki evində baş verib. E. Hacıyev bu evdə gözətçi işləyirmiş.
E. Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qusar rayon prokurorunun köməkçisi Anar Salehov Çiləbir kəndində baş verən qətl hadisəsini Turan agentliyinə təsdiqləyib. Onun sözlərinə görə, faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırılıb.
Cinayətin motivinə gəlincə, Anar Salehov bu barədə məlumat verməyib.
“Hazırda istintaq gedir. Cinayətin motivi və gedişi ilə bağlı rəsmi məlumat yayılacaq”, – deyə o qeyd edib.