Quba rayonuna yağan güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb.
Yolun bağlanması Xınalıqla yanaşı Qalaxudat və Bostankeş kəndləri istiqamətində avtomobillərin hərəkətini məhdudlaşdırıb. Hazırda Quba 6 saylı Yol İstismar Sahəsinin texnikası yolu təmizləyir.
42-ci kilometrə qədər yol qardan təmizlənib. APA-nın məlumatına görə əraziyə 6 saylı YİS-nin texnikası və canlı qüvvəsi cəlb olunub.