Qubada icra məmurlarından izahat alınıb

Ədliyyə Nazirliyinin əməkdaşları prosesdə iştirak edən icraçıları dindirib

Source:


Ədliyyə Nazirliyinin əməkdaşları prosesdə iştirak edən icraçıları dindirib

Ədliyyə Nazirliyinin əməkdaşları Quba rayonunda 10 yaşlı Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi prosesində iştirak edən rayon icra şöbəsinin icra məmurlarından izahat alıb.

Report.az yazır ki, Nuray Bayramzadən baş verənlərlə bağlı Ədliyyə Nazirliyində daxili tədqiqat davam etdirilir.

“Nazirliyin əməkdaşları prosesdə iştirak edən icraçıları dindirib, onlardan izahatlar alıb”,-report.az-ın məlumatında deyilir.

Ötən həftə sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesini əks etdirən video-süjet yayımlanıb.

Fakt üzrə Quba rayon polis şöbəsində araşdırma aparılır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyində xidməti yoxlama aparılır və nəticəsi üzrə qanunamüvafiq tədbirlər görüləcək.

Ana səhifəXəbərlərQubada icra məmurlarından izahat alınıb