Qubad İbadoğlunun ofisində axtarış aparılıb

Axtarış nəticəsində Mərkəzin kompyüterləri, maliyyə -mühasibat sənədləri aparılıb

Source:


Axtarış nəticəsində Mərkəzin kompyüterləri, maliyyə -mühasibat sənədləri aparılıb

“Bu gün (red. 13 may) Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış aparıb”. Bu barədə Mərkəzin İdarə Heyətinin sədri Qubad İbadoğlu Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, üç  saatadək davam edən axtarışdan sonra Mərkəzin və İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının, Milli Büdcə Qrupunun bütün kompyüterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar.

“Bu onu göstərir ki, ötən ilin aprel ayından bir qrup QHT-lərin əleyhinə aparılan istintaqdan 1 il keçsə də proses hələ də yekunlaşmayıb, vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb” – Q.İbadoğlu əlavə edib.

Ana səhifəXəbərlərQubad İbadoğlunun ofisində axtarış aparılıb