12 nəfər qərarın lehinə səs verib, bir nəfər isə bitərəf qalıb
Müsavat Partiyasının Divanının 6 fevral toplantısında partiyanın Nərimanov rayon təşkilatının üzvü Qubad İbadoğlunun VIII Qurultayından sonrakı fəaliyyəti müzakirə olunub.
Qubad İbadoğlu partiyanın təməl prinsiplərini, partiya Nizamnaməsinin preambulasının 6-cı və Nizamnamənin 1.9-cu bəndini kobud surətdə pozduğuna görə Müsavat Partiyası sıralarından xaric edilib.
Məlumat Meydan TV-yə partiyanın mətbuat xidmətindən daxil olub.
Bildirildiyinə görə, 12 nəfər qərarın lehinə səs verib, bir nəfər isə bitərəf qalıb.
Qubad İbadoğlu isə
APA
-ya açıqlamasında Divanın müzakirəsini “formal” adlandırıb: “Arqumentləri zəif olduğuna görə, videoçəkiliş aparılmasına icazə vermədilər. Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi”.
O qeyd edib ki, onunla bağlı qərarı bir nəfər qəbul edib: “Çünki
Müsavat Partiyası
nı indi yalnız bir nəfər idarə edir. İndiki başqan nominaldı, mənimlə bağlı qərarı əvvəlki başqan verib”.
Q. İbadoğlu qərarı “yanlış və əsassız” adlandırıb.