Qubad İbadoğlu: ”Hökumət ”kürəyini günə verməklə” məşğuldur”

İqtisadçı 10 gün əvvəl hökumətə təqdim etdikləri “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər” Paketinə cavab gözləyir

Source:


İqtisadçı 10 gün əvvəl hökumətə təqdim etdikləri “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər” Paketinə cavab gözləyir

Hətta statistik göstəricilərin də pisləşməsinə baxmayaraq hökumət hələ də “kürəyini günə verməklə” məşğuldur.

Bu fikri Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində ötən ilin iqtisadi durumu barədə təhlilində yazıb.

O, 10 gün əvvəl hökumətə təqdim etdikləri “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər” Paketinə cavab gözlədiyini bildirib.

İbadoğlu ötən il Azərbaycan iqtisadiyyatında formalaşmış Ümumi Daxili Məhsulun (ÜDM) nominal həcmi 2012-ci il səviyyəsinə yaxın 54,35 milyard manat olduğunu deyib: “Ötən il bu qeyri-neft ÜDM-i onun statistik tarixində, 2000-ci ildən bəri ən aşağı səviyyədə artım nümayiş etdirib. Belə ki, 2015-ci ildə ölkədə qeyri-neft ÜDM-i cəmisi 1,1 faiz artıb. Xatırladım ki, qeyri-neft ÜDM bir göstərici kimi 2000-ci ildən etibarən hesablanmağa başlayıb. Ötən il Azərbaycanda əsas kapitala investisiya 10,9 faiz aşağı düşüb və 16 milyard manat təşkil edib ki, bu da 2012-ci ilin səviyyəsinə münasibdir. 2015-ci ildə ölkədə formalaşmış büdcə gəlirləri 2011-ci ilə səviyyəsindən də aşağı olub. Belə ki, ötən il dövlət büdcəsinin gəlirləri 15,4 milyard manat təşkil edib. 2015-ci ilin ilin yalnız dekabr ayında xərclənən büdcə vəsaiti özündən əvvəlki ilin eyni dövrü ilə müqayisəsində 2 dəfədən çox az olub. Azərbaycan Respublikasının tədiyə balansının cari hesabı son 10 ildə ilk dəfə 2015-ci ilin ikinci rübündə defisitə keçib. Baxmayaraq ki, 2013-cü il ərzində cari hesabın saldosu müsbət 12,3 milyard manatı ötmüşdü. Lakin, 2014-cü ilin ikinci yarısından etibarən neftin qiymətlərində kəskin azalmalar isə tədiyə balansının parametlərinin mənfiyə doğru yönəlməsinə gətirib çıxarıb. Mərkəzi Bankın məlumatına görə, ötən ilin sonunda 2000-ci illə müqayisədə manatın nominal effektiv məzənnəsi 2006-cı il, manatın real effektiv məzənnəsi isə 2007-2008-ci illər səviyyəsinə enib. Bankın digər məlumatında 2015-ci ilin sonuna manatla geniş pul kütləsi azalaraq 2011-ci il səviyyəsinə yaxınlaşdığı qeyd edilib. Nəhayət, ötən ilin sonunda cəmi depozitlər 23 milyard 463 milyon manat olub ki, onun da 18 faizini manatla, 82 faizini isə xarici valyuta ilə əmanətlər təşkil edib”.

Ana səhifəXəbərlərQubad İbadoğlu: ”Hökumət ”kürəyini günə verməklə” məşğuldur”