”Qorxuram övladımı həbsxanada məhv etsinlər”

”3-4 nəfər “nadzor” məni tək otağa salaraq, qollarım qandalla bağlı halda ölümümə qədər döydülər, huşumu itirdim. Sonra isə mənə “səhv salmışıq, bağışla” deyərək üzrxahlıq etdilər”

Source:
Taleh Xasməmmədov
Taleh Xasməmmədov
Taleh Xasməmmədov
Taleh Xasməmmədov


”3-4 nəfər “nadzor” məni tək otağa salaraq, qollarım qandalla bağlı halda ölümümə qədər döydülər, huşumu itirdim. Sonra isə mənə “səhv salmışıq, bağışla” deyərək üzrxahlıq etdilər”

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova Penitensiar Xidmətin Müalicə Müəssəsində ailə üzvləri ilə bir yerdə oğlu ilə görüşüb.

O, görüşdən sonra müraciət yayıb.

Meydan TV “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına göndərilən müraciəti təqdim edir:

“Şərlənərək həbsə atılmış oğlum, hüquq müdafiəçisi Taleh Xasməmmədovla həftəsonu Penitensiar Xidmətin Müalicə Müəssisəsində yoldaşı Fəxriyyə, qızları Cansu və Aysu ilə bir yerdə görüşdük. Onu bildirim ki, azyaşlı uşaqları görüşə apardığım üçün sonradan çox peşman oldum. Onların atalarının ağrıdığını, səhhətinin pis olduğunu görməsini istəməzdim. Taleh olduqca çox ağrıyır, ən çox da baş və sinir ağrılarından əziyyət çəkir. Hətta bizimlə söhbət etmək üçün halı yox idi. Söhbətimiz zamanı ağrıdığı üçün ağrıkəsici dərmanlar da qəbul etdi. Həmçinin Taleh zob xəstəliyindən əziyyət çəkir, qanında zəhərlənmə gedir. Onun təcili əməliyyat olunmasına ehtiyac var. Bu əməliyyatın həbsxana şəraitində, Penitensiar Xidmətin Müalicə Müəssisəsində həyata keçirilməsi həm risklidir, həm də güvənli deyil. Görüşümüzdə Talehin “kars”- a salınmasının səbəbi ilə maraqlandım. Məlum oldu ki, bir nəfər tez- tez qıcıqlandırıcı hərəkətlər edərək onu əsəbləşdirirmiş. Məsələn, Taleh bildirir ki, həmin dustaq onun yatdığı çarpayıya uzanaraq ayaqqabılı ayağını balıncın üstünə qoymuş, başqa-başqa xoşagəlməz hərəkətlər edirmiş; “Mənim isə ona reaksiya verməyimi gözləyirdi. Nəhayət, dilləndim ki, belə olmaz, bəsdir. Bunu demişdim ki, o, mənə “olsa nə olar” deyərək üstümə atıldı. Sonra başqa bir neçə dustaq qollarımdan tutdu, o isə mənim gözlərimin altına yumruqla vurdu, pis vəziyyətə saldı. Heç bir günahım olmadığı halda məni müalicə üçün “sançast”a aparmaq əvəzinə əksinə “kars”- a saldılar ki, məni bu halda görən olmasın, baş verən hadisəni də ört- basdır etdilər. Bir həftə günahsız yerə “kars”- da qaldım. Hal-hazırda gözlərimin birində zəiflik var, ağrıyır. Bu, mənim 17 saylı cəzaçəkmə müəssisəsində aldığım ikinci travmam idi. Birinci dəfə gələn günü 3- 4 nəfər “nadzor” məni tək otağa salaraq, qollarım qandalla bağlı halda ölümümə qədər döydülər, hüşumu itirdim. Sonra isə mənə “səhv salmışıq, bağışla” deyərək üzrxahlıq etdilər”. Oğlumdan bütün bunları eşidəndən sonra məndə belə bir təəssürat yarandı, necə ki, Talehi çöldə olarkən mənim gözlərimin önündəcə şərlədilər, eləcə də həmən sifarişi verənlər həbsxanada da onu rahat buraxmırlar. Bütün baş verən hadisələr məni bir ana kimi çox narahat edir. Onun həyatından çox narahatam. Qorxuram ki, vicdansız məmurların əmri ilə həbsə atılan, bir ildir ki, etmədiyi cinayətin cəzasını çəkən, bütün sağlamlığını itirməkdə olan oğlumu həbsxanada məhv etmək üçün sifariş verərlər. Talehin dustaqların əli ilə və ya “nadzor”ların guya səhv salaraq döyməsini mən onun anası olaraq şəxsən təsadüfi hesab etmirəm. Aldığı travmalardan indinin özündə də o çox əziyyət çəkir. Bütün bunlara görə də Taleh bir daha cəzasını çəkdiyi 17 saylı cəzaçəkmə müəssəsinə qayıtmaq istəmir. Mən bir ana kimi başda dövlət başçısı olmaqla bütün adiyyatı orqanlardan oğlumun günahsız olaraq həbsxanada məhv edilməməsi, onun azad olunması üçün köməklik göstərmələrini xahiş edirəm”.

“Talehlə yaxından maraqlanaraq ona diqqət və qayğı göstərdikləri üçün Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti başda olmaqla beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə, Turan agentliyinə, “Azadlıq” qəzetinə, Azadlıq radiosuna, “Amerikanın səsi” radiosuna, Meydan TV- yə, cumhuriyyet.az, gündəmxeber.az və adlarını çəkə bilmədiyim digər mətbuat orqanlarına öz dərin minnətdarlığımı bildirirəm. Darda olanlara kömək etsəniz, Allah da sizə köməklik edər. Bunu da unutmayaq ki, Talehin yolunu səbirsizliklə gözləyən iki qız övladı- Cansu və Aysu ata nəvazişindən məhrum edilməsin”,-deyə Gülbuta Xasməmmədova müraciətini bitirib.

Ana səhifəXəbərlər”Qorxuram övladımı həbsxanada məhv etsinlər”