Qobustan həbsxanasının rəisi vəzifədən azad edildi

Həbsxananın rəisi vəzifəsinin icrası əvvəllər 12 saylı Cəzaçəkmə müəssisəsinin rəisi işləmiş Aftandil Ağayevə həvalə edilib

Source:


Həbsxananın rəisi vəzifəsinin icrası əvvəllər 12 saylı Cəzaçəkmə müəssisəsinin rəisi işləmiş Aftandil Ağayevə həvalə edilib

Ədliyyə polkovniki Fikrət Qafarov Qobustan həbsxanasının rəisi vəzifəsindən azad edilib.

F.Qafarov Bakı şəhəri, Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunub.

Modern.az-a daxil olan məlumata görə, Qobustan həbsxanasının rəisi vəzifəsinin icrası əvvəllər 12 saylı Cəzaçəkmə müəssisəsinin rəisi işləmiş Aftandil Ağayevə həvalə edilib.

Məlumata görə, 2 saylı Cəzaçəkmə müəssisəsinin rəisi olmuş Eyvaz Əsgərov hazırda 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsini icra edir.

Ana səhifəXəbərlərQobustan həbsxanasının rəisi vəzifədən azad edildi