Son günlər dörd məhkum dünyasını dəyişib
Qobustan həbsxanasında 1981-ci il təvəllüdlü məhkum Elşad Teyyub oğlu Kərimov intihar edib.
O, kamerada özünü asıb.
APA
yazır ki
,məhkumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
E. Kərimov üç maddə üzrə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilibmiş.
Eyni zamanda, son günlər 3 məhkum xəstəlikdən dünyasını dəyişib.
Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılanlar – İlham Muradov, Mədət İbrahimov və İlham Məmmədov xəstəlikdən vəfat ediblər.