Qlobal ərzaq böhranı qorxusu

Qlobal ərzaq böhranı. Mənbə: “telegraph.co.uk”

“Ukrayna limanlarında ilişib qalan milyonlarla ton dənli bitkilərin qarşısı açılmalıdır”

“Qida böhranının qarşısını almaq üçün lazım olan tədbirlər Ukraynanın Qara dəniz limanlarından başlayır. Kiyevin taxıl daşınmasını bərpa etmək üçün onlara hücum edilməyəcəyinə dair zəmanətə ehtiyacı var”.

İtaliyanın Baş naziri Mario Draghi iyunun 9-da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tədbirində belə deyib.

Əsas taxıl ixracatçısı olan Ukraynadan məhsul daşınması fevralın 24-dən bu yana, Rusiyanın işğalından sonra kəskin şəkildə azalıb. Bu, ən həssas ölkələrdə ərzaq qıtlığı qorxusuna səbəb olub.

Draghi əlavə edib ki, münaqişə səbəbindən Ukrayna limanlarında ilişib qalan milyonlarla ton dənli bitkilərin qarşısı açılmalıdır:

“Bu istiqamətdə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin vasitəçilik səyləri əhəmiyyətli addımlardır. Biz isə Ukrayna prezidenti Volodimir Zelenskiyə limanlara hücum edilməyəcəyinə dair lazım olan təminatları verməliyik”.

Rusiya Ukraynanın limanlarında yerləşdirdiyi minalarla yüklərin daşınmasının qarşısını alıb. Bu da Qərbin sanksiyaları fonunda qlobal ərzaq böhranı riskinə səbəb olub.

Daha əvvəl Avropa Mərkəzi Bankına rəhbərlik etmiş Draghinin sözlərinə görə, artan enerji qiymətləri ilə birlikdə ərzaq qiymətlərinin də yüksəlməsi zəngin ölkələrdə inflyasiyanın artmasına səbəb olur. Bu, mərkəzi bankları faiz dərəcələrini artırmağa sövq edir:

“Enerji qiymətləri aşağı salınmalıdır. Bu, ötən həftə Aİ liderləri tərəfindən müzakirə edilən Rusiya qazının idxalı üzrə qiymət həddinin inflyasiyanın aşağı düşməsinə və avropalıların gəlirlərinin artırılmasına gətirəcək. Eyni zamanda, Moskvaya vəsait axınının azalmasına xidmət edəcək”.

“Fevralın sonundan bəri atılan önəmli addımlara baxmayaraq, biz eskalasiya nərdivanının zirvəsindən çox uzağıq”, – IIF müəllifləri bildirir.

Kiyevə səfərindən təzəcə qayıdan Ribakova həmçinin bildirib ki, yenidənqurma xərclərinə çox diqqət yetirildiyi halda, müharibə onun iqtisadiyyatına zərbə vurduğu üçün Ukrayna tədiyyə balansı böhranının astanasındadır.

“Ukraynaya indi dəstək lazımdır”, – o deyib.

Son zamanlar əksər beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artım tempinin azalacağını bəyan edib.

Növbəti aylarda qlobal iqtisadiyyatda artım faizinin düşəcəyini bəyan edən BVF 2022-ci ildə dünya iqtisadiyyatının 3.6 faiz artacağını proqnozlaşdırır. Ötən il dünya iqtisadiyyatı 5.7 faiz böyümüşdü.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, Dünya Bankı və OECD daha da bədbindir. 2022-ci ildə Dünya Bankı 2.9, OECD isə 3.0 faiz artım proqnozlaşdırır. Hər iki qurumun ilin növbəti yarısı üçün gözləntiləri nikbin deyil.

İqtisadçı bildirir ki, qlobal iqtisadiyyatdakı çətinliklər özünü həmçinin ərzaq bazarında qıtlıq və qiymət artımları ilə göstərir. Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub:

“Hər iki ölkənin dünya buğda ixracatında birgə payı 30 faiz, qarğıdalı, mineral gübrələrdə satışında 20 faiz idi. Neftin 11 faizi bu regiondan ixrac olunurdu. Göründüyü kimi, qlobal ərzaq qıtlığı və qiymət artımları 2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi olaraq qalmaqdadır”.

Vüqar Bayramov
Mənbə: Meydan TV

Vüqar Bayramova görə, dünya bazarındakı qiymət artımları fonunda Azərbaycanda idxal infilyasiyası qaçılmazdır. Bu, ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infiliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır:

“Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq”.

İqtisadçı əlavə edir ki, Rusiya-Ukrayna müharibəsi yeganə dayanıqlı yolun idxaldan asılılığı azaltmaq və tələbin daha çox yerli istehsal hesabına ödənilməsinin vacibliyini göstərir.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəİqtisadiyyatQlobal ərzaq böhranı qorxusu