Azərbaycan Tokio-2020-ni 7 medalla bitirdi
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Meydan.TV xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib. Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan idmançıları Tokio-2020-də çıxışlarını başa vurublar. Olimpiadada Azərbaycanı təmsil edən 44 idmançıdan cəmi 7-si medal qazanıb. Qazanılan medallar arasında qızıl yoxdur. Bu isə o deməkdir ki, Tokio-2020-də Azərbaycan idmançılarından olimpiya çempionu adını qazanan olmayıb.
Tokio-2020-də medal qazanan Azərbaycan idmançıları
Cüdo: İrina Kindzerska (+78 kq) – bürünc
Boks: Alfonso Dominges (81 kq) – bürünc
Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) – bürünc
Karate: Rafael Ağayev (75 kq) – gümüş, İrina Zaretska (+61 kq) – gümüş
Sərbəst güləş: Hacı Əliyev (65 kq) – gümüş
Qadın güləşi: Mariya Stadnik (50 kq) – (bürünc)
Tokio-2020 Olimpiadası avqustun 8-də başa çatacaq.