”Qiymətin 1 dollar düşməsi 700 min dollar itki deməkdir”

İlham Şaban: ”Münaqişələr neftin qiymətini saxlamaq iqtidarında deyil”

Source:


İlham Şaban: ”Münaqişələr neftin qiymətini saxlamaq iqtidarında deyil”

Brent markalı neftin qiyməti dünya birjalarında 4 faizdən çox ucuzlaşaraq, 35.52 dollara enib. Brent markalı neft son 11 ildə ən aşağı qiymət həddinə enib.

Bu vəziyyəti Meydan TV-yə şərh edən neft sahəsi üzrə mütəxəssis İlham Şaban qiymətin enməsinin birinci səbəbini bazar ertəsi Çin Xalq Respublikasının Statistika Komitəsinin növbəti hesabatında görür: “Hesabat Çində sənaye istehsalının son 11 ayda dalbadal aşağı düşən tempini nümayiş etdirib. Çində sənaye enerjini ən çox istehlak edən sahələrdəndir. İkinci səbəb odur ki, bazar ertəsi Çinin milli valyutası 5 faiz dəyərini itirdi. Bu isə Çin iqtisadiyyatının yaxın perspektivdə yaxşı olmayacağına bir işarə idi. Alıcılıq qabiliyyəti aşağı düşür, hətta Çon hökuməti avqustda yuanın dəyərsizləşməsindən sonra bazara milyardlarla vəsait buraxsa da, ilin sonuna qədər iqtisadiyyatın yüksəlməsinə nail ola bilmədi. Deməli, Çin bu il enerjini daha aşağı səviyyədə istehlak edəcək. Çin dünyada 3 nəhəng istehlakçıdan biridirsə, qlobal bazar buna reaksiya verməyə bilməzdi. Ona görə birjalarda neftin ucuzlaşması baş verdi. Xatırlayırsızsa, yanvarın 4-də İran-Səudiyyə Ərəbistanı münasibətlərinin kəskinliyi pik həddində oldu və neftin qiyməti 38 dolları ötmüşdü. Amma Çin statistikanı açandan sonra neftin qiyməti 37 dollara düşdü. Eyni zamanda, ABŞ-ın neft ehtiyatlarının bazara gözlənildiyindən 500 min barel çox olması haqda ekspertlərin fikri də qiymətlərə öldürücü zərbəydi. Faktiki olaraq ötən ilin noyabrında bankların və enerji agentliklərinin neftin qiymətinin 30, hətta 20 dollara düşə biləcəyi barədə proqnozları müəyyən mənada özünü doğruldur. Yəni münaqişələr neftin qiymətini saxlamaq iqtidarında deyil. Əsas məsələ istehlakın verilən tələbi qarşılığında dünya iqtisadiyyatı istehlak edə bilməməsidr. Nəticədə enerji daşıyıcılarının qiyməti ucuzlaşır”.

İlham Şaban neftin qiymətinin 35 dollara düşməsinin Azərbaycana nə vəd etməsi barədə suala belə cavab verdi: “Hazırda gün ərzində 700 min barel ixrac edirik. Qiymətin 1 dollar düşməsi 700 min dollar itki deməkdir. Yanvarın 4-də 37 dollara satırdıq, indi isə 35 dollara satırıqsa, bu, milyon yarım ziyan deməkdir”.

Ana səhifəXəbərlər”Qiymətin 1 dollar düşməsi 700 min dollar itki deməkdir”