Qırğızıstanda nazir müavini rüşvətə görə 14 il həbsə məhkum edilib

Nazir müavini tenderi qazanmaq istəyən tikinti şirkətindən rüşvət alarkən yaxalanıb

Source: Meydan Tv


Nazir müavini tenderi qazanmaq istəyən tikinti şirkətindən rüşvət alarkən yaxalanıb

Qırğızıstanın nəqliyyat nazirinin keçmiş müavini Əzimkan Jusubaliyev yolun yenidən qurulması layihəsi üçün rüşvət qalmaqalında roluna görə 14 il azadlıqdan məhrum edilib, – Azadlıq Radiosu xəbər verir.

Birinchi Mai rayon məhkəməsinin iyulun 30-da axşam saatlarında verdiyi qərarından sonra Jusubaliyevin müdafiə heyəti məhkəmənin qərarından apelyasiya şikayəti verəcəyini deyib.

Jusubaliyev keçən ilin dekabrında magistral yol tikintisi layihəsi üçün tenderi qazanmaq istəyən bir tikinti şirkətindən 520.000 ABŞ dolları rüşvət alarkən tutulub.

Rüşvət alınmasını təşkil edən Bolot Toktobayev 6 il müddətinə azadlıqdan məhrum edilib və Qazaxıstanın Almatı şəhərində yerləşən italyan şirkətinin nümayəndəsi, rüşvət təklif etməkdə günahkar bilinən Belkhruz Gulruzov isə rüşvət təklif etdiyinə görə 2 milyon som (25,700 dollar) cərimə edilib.

Jusubaliyevin həbsi Nəqliyyat Nazirliyinin sərt tənqidinə səbəb olub və Prezident Sooronbai Jeenbekovun nəqliyyat naziri Jamshitbek Kalilovu vəzifədən azad etmək qərarına səbəb olub.

Bir çox keçmiş sovet respublikasında olduğu kimi Qırğızıstanın da iqtisadi sağlamlığı korrupsiyadan zərər görüb. Ölkə yanvar ayında korrupsiya ilə bağlı məlumat verən polis və vətəndaşlara dövlət tərəfindən ödənilən maddi zərərin bir hissəsini ala bilmələrinə imkan verən qanun qəbul edib.

Qırğızstan qanunlarına görə, məmurlar arasında və dövlət idarələrində rastlaşdıqları korrupsiya halları ilə bağlı məlumat verən vətəndaşlar qorunma ilə təmin edilməlidirlər.

Ana səhifəDünyaQırğızıstanda nazir müavini rüşvətə görə 14 il həbsə məhkum edilib