”Qeyri-neft sektorunun inkişafına başlamaqda gecikmişik”

Vahid Əhmədov: ”İndiki halda aqrar, tikinti sahəsinin inkişafına diqqət yetirilməlidir”

Source:


Vahid Əhmədov: ”İndiki halda aqrar, tikinti sahəsinin inkişafına diqqət yetirilməlidir”

“Qeyri-neft sektorunun inkişafına 10 il öncə başlasaydıq, indi tamam başqa nəticələr olardı. Bu işə bir qədər gec başladıq. Odur ki, istədiyimiz nəticələr hələlik əldə edilməyib”.

Bunu deputat Vahid Əhmədov ölkədə iqtisadi durumu dəyərləndirərkən belə deyib.

O hesab edir ki, iqtisadiyyatın real inkişafına pul vəsaitləri lazımdır. Bu mənada nağdlaşdırmaya limiti müvəqqəti tədbir sayır:

“Müəyyən qısa müddət üçün belə tədbirlər hansısa effekti verə bilər. Amma uzunmüddətli perspektiv üçün belə bir yanaşma doğru deyil. Odur ki, bu nağdlaşdırma limiti artırılmalıdır. Mən ümid edirəm ki, bu olacaq. Çünki iqtisadiyyat pul vəsaitləri olmadan inkişaf edə bilməz”.

Deputat hesab edir ki, indiki halda aqrar, tikinti sahəsinin inkişafına diqqət yetirilməlidir. O düşünür ki, bu sahələr daha tez gəlir gətirir.

İqtisadçı Vüqar Bayramlı da deyir ki, banklar plastik kartlardan nağdlaşdırmanı dayandırıb. Səbəb kimi də “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulan limiti göstərirlər. Bu, qanunvericilik tələblərinin pozulması deməkdir:

“Çünki qanunvericilik nağdsız hesablaşmaları qadağan etmir, məhdudlaşdırır. Məhdulaşdırma isə heç də qadağanın tətbiq edilməsi anlamına gəlmir və gəlməməlidir. Əvəllər də qeyd etdiyimiz kimi, mövcud infrastruktur sadələşdirilmiş vergi subyektləri üçün 15, əlavə dəyər vergisi ödəyiciləri üçün müəyyənləşdirilmiş 30 min manatlıq limitlərin tətbiqinə tam hazır deyil. Kartlardan nağdılaşdırmaya tətbiq edilən qadağa da məhz bununla bağlıdır”.

Vüqar Bayramov

İqtisadçı deyir ki, bu tip islahatlar biznesin inkişafına mane olmadan, mərhələli şəkildə həyata keçirilməlidir:

“Kartlardan vəsaitlərin nağdlaşdırılmasının qadağan edilməsi xüsusən də regionlarda nümayəndəliyi olan şirkət və təşkilatlar üçün çətinliklər yaradacaq. Bu əslində şirkətlərə plastik kartlar, yəni nağdsız şəkildə öz tərəfdaşlarına və nümayəndəliklərinə ödəniş imkanı verirdi. Bu baxımdan, qanunvericiliyin mövcud tələblərinə əsasən kartlardan pul çıxarılmasının qadağan edilməsi deyil, limitlər daxilində məhdudlaşdırılmasına ehtiyac var”.

Bu il Azərbaycanda “Nağdsız hesablaşmalar haqqında” Qanunun qəbul olunub. Bu qanuna görə, 200 min manatdan artıq dövriyyəyə malik vergi ödəyiciləri ay ərzində 30 min manatdan, digər vergi ödəyiciləri isə 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidirlər.

Ana səhifəXəbərlər”Qeyri-neft sektorunun inkişafına başlamaqda gecikmişik”