Qətlə yetirilən bələdiyyə sədrinin 10 yaşlı qızı ifadə verdi

”Mən otağa girəndə anam qan içində uzanmışdı”

Source:
Vəfadar Əbilhəsənov və Vəsilə Əbilhəsənovanı
Vəfadar Əbilhəsənov və Vəsilə Əbilhəsənovanı
Vəfadar Əbilhəsənov və Vəsilə Əbilhəsənovanı
Vəfadar Əbilhəsənov və Vəsilə Əbilhəsənovanı


”Mən otağa girəndə anam qan içində uzanmışdı”

İyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Meydan TV əməkdaşının məlumatına görə, prosesdə şahid qismində qətlə yetirilən şəxslərin 10 yaşlı qızı Fidan Əbilhəsənova ifadə verib. Fidan ata və anasının Fədai Hüseynov tərəfindən öldürüldüyünü deyib: “Həmin gün anam ağlayırdı. Ona zəng gəldi, o da telefonda nəsə yazıb söndürdü. Sonra Fədail dayı otağa girdi. Anam dedi ki, uşağın yanında olmaz. Mənə dedi ki, Fidan, çıx bayıra. Mən də çıxdım. Bayırda isə nənəm yıxılmışdı. Atam onu qaldırmaq istəyəndə Fədail atamı vurub balkondan qaçdı. Mən otağa girəndə anam qan içində uzanmışdı. Mən anama dedim ki, atamı vurdular. Amma o, yerindən tərpənmirdi”.

Dövlət ittihamçısı uşağın ifadəsinin istintaqa verdiyi ifadə ilə ziddiyyət təşkil etdiyini bildirib. Fidan Əbilhəsənova isə nənəsi Xanım Əbilhəsənovanın istəyi ilə ifadə verdiyini deyib.

Əbülhəsənovların evində çalışan Kifayət Əliyeva ifadə verib. O, həmin evdə aşpaz işlədiyini, Fədaillə ev sahiblərinin münasibətinin yaxşı olduğunu deyib: “Mənə Vəsilənin anası zəng etdi ki, təcili yardım maşını ilə onlara gəlim. Çünki təcili yardım stansiyası bizim evə yaxın idi. Mən də gəldim. Orda elə bildim ki, təkcə Vəfadarı vurublar. Sonra oğlu İsmayıl qışqırdı ki, anamın başın kəsib, yuxarıdadır”.

Prosesdə ifadə verən Sevda Məmmədova Vəsilə ilə dost olduğunu, hadisənin torpaq mübahisəsi üstündə ba verdiyini bildirib.

Proses iyulun 5-də davam etdiriləcək.

Ötən il iyul ayının 8-də Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində F. Hüseynov saxlanılıb. İttiham aktına görə, ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və onların arasında mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Ana səhifəXəbərlərQətlə yetirilən bələdiyyə sədrinin 10 yaşlı qızı ifadə verdi