“Qərb bizə göstəriş verə bilməz”

Əli Həsənovun sözlərinə görə, Avropa məkanında insan hüquqlarının kobud şəkildə pozulması faktları çoxdur

Source:


Əli Həsənovun sözlərinə görə, Avropa məkanında insan hüquqlarının kobud şəkildə pozulması faktları çoxdur

Hakimiyyətin baş ideoloqu Əli Həsənov hüquq müdafiəçilərinin həbsi ilə bağlı beynəlxalq tənqidi rədd edib.

O, AzərTAc agentliyinə müsahibəsində hüquq müdafiəçiləri Rəsul Cəfərov, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun həbsini, habelə bütünlükdə vətəndaş cəmiyyətinin təqibini pisləyən Avropa İttifaqı komissarları Ketrin Eşton və Ştefan Füle-nın  növbəti dəfə Azərbaycanda insan haqlarının pozulması barədə verdikləri bəyanatların qərəzli və qeyri-obyektiv xarakter daşıdığını və subyektiv mülahizələr olduğunu deyib.

Cənab Həsənov bunu istintaqa və məhkəmələrə “təzyiq” kimi qiymətləndirib.

“Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinə, “Amnesty İnternational”, “Human Rights Watch” və digər bu kimi təşkilatlara məsləhət görərdik ki, Azərbaycana qarşı selektiv, tendensiyalı münasibətə, ikili standartlar siyasətinə son qoysunlar” – deyə o bildirib.

Əli Həsənovun sözlərinə görə, Azərbaycanın demokratiya sahəsində böyük nailiyyətləri var, Avropanın özündə və ATƏT məkanında isə insan hüquqlarının kobud şəkildə pozulması faktları çoxdur: “Azərbaycan müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri qəbul etmir və bundan sonra da etməyəcək”.

Ana səhifəXəbərlər“Qərb bizə göstəriş verə bilməz”