Qənirə Paşayeva cəbhə bölgəsində yaşayanlara güzəşt istədi

Deputatın fikrincə, sərhəddə yaşayan gənclər ödənişli təhsildən azad olunmalıdırlar

Source:


Deputatın fikrincə, sərhəddə yaşayan gənclər ödənişli təhsildən azad olunmalıdırlar

Aprelin 18-də Milli Məclisin iclasında çıxış edən deputat Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərin sakinləri üçün bəzi güzəştlər istəyib.

Deputat deyib ki, cəbhə zonasında ermənilər Azərbaycan kəndlərini tez-tez atəşə tutsa da, sakinlər öz yaşayış yerlərini tərk etmirlər. “Buna görə də həmin kəndlərin sakinlərinə bəzi məsələlərdə güzəşt edilməsi faydalı olardı: “Ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunmasını yaxşı olardı. Hər halda o cür gərginlik altında yaşayan gənclərlə digər rayonların sakinləri arasında ciddi fərq var. Kommunal xidmətlərdə güzəştlərin tətbiqi də həmin kəndlərin sakinlərinə böyük dəstək olardı”.

Belə kəndlərə sərmayə qoyuluşunun az olduğunu diqqətə çatdıran Qənirə Paşayeva həmin ərazilərdə iş quran adamların vergidən azad olunması təklifini də irəli sürüb. O bildirib ki, bu, həmin yerlərdə yeni iş yerlərinin açılmasına təsir edərdi: “Sosial yardımların təyin edilməsində də müəyyən dəstək göstərilməsi yaxşı olardı. Digər tərəfdən, o kəndlərdə dağıdılmış evlərin bərpasının daha sürətli aparılmasına ehtiyac var. Birbaşa düşmənin hədəfi altında olan evlərin ətrafında müdafiə divarlarının çəkilməsi də vacib addımlardandır. Elə evlər var ki, tam hədəfə alına bilər, evlərin içi görünür. Ona görə də belə evlərin ətrafına hasar çəkilməlidir”.

Ana səhifəXəbərlərQənirə Paşayeva cəbhə bölgəsində yaşayanlara güzəşt istədi