Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub

“Məhdudiyyət ANS TV ilə bağlı aparılan cinayət işinə görədir”

Source:
Photo by Facebook
Photo by Facebook


“Məhdudiyyət ANS TV ilə bağlı aparılan cinayət işinə görədir”

Jurnalist Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub. Qadağanın ANS TV ilə bağlı olduğu deyilir.

Vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazır ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları ötən il oktyabrın 27-də jurnalisti İstanbula gedərkən saxlayaraq ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər. Jurnalist geri qayıdıb.

Elçin Sadıqov deyir ki, araşdırma zamanı məlum olub ki, Qənirə Ataşovanın sərhədi keçməsinə məhdudiyyət ANS Müstəqil Yayım və Media Şirkəti ilə bağlı aparılan cinayət işinə görədir:

“Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb, məhkəməyə şikayət edilib”.

Ötən il iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi “ANS Müstəqil Yayım və Media” Şirkətinin lisenziyasını ləğv edib. Məhkəməyə müraciəti Milli Televiziya və Radio Şurası (MTRŞ) etmişdi. Həmin müraciətdə ötən ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayıldığı iddia olunurdu.

Müraciətdə bildirilirdi ki, telekanalın ABŞ-dakı müxbiri Qənirə Ataşova ilahiyyatçı Fəthullah Gülən-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.

ANS rəhbərliyi ittihamları qəbul etmir.

Ana səhifəXəbərlərQənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub