Avqustun 27-də “Qəbələ” pley-off mərhələsinin cavab matçına çıxıb və Afinada “Panatinaikos”un qonağı olub.
Bu komandalar arasında Bakıda keçirilən oyunda hesab açılmadığından oyunun taleyinə Yunanıstanda aydınlıq gəlib.
Gərgin keçən oyunda hesab 2:2 olub. Bu nəticə “Qəbələ”ni tarixində ilk dəfə Avropa Liqasının qrup vəsiqəsinə çıxarıb.
Bununla da Azərbaycanın futbol tarixində ilk dəfə olaraq ölkənin iki komandası “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. (“Trend”)