Qazaxıstanda parlament seçkilərinin ilkin nəticəsi bəlli olub

Qazaxıstanda parlament seçkiləri. Foto: “informburo.kz”

AMANAT Partiyası – 53,90%

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) 19 mart parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

MSK-nın sədri Nurlan Abdirov seçkilərdə 6 milyon 366 min 441 nəfərin səs verdiyini bildirib.

Onun sözlərinə görə, AMANAT Partiyası – 53,90% və ya 3 341 510 səs toplayıb:

““Auyl Xalq Demokratik Partiyası – 10,90% və ya 693 938, Respublika Partiyası – 8,59% və ya 547 154, Qazaxıstan Xalq Partiyası – 6,80% və ya 432 920, “Baytak” Yaşıllar Partiyası – 2,30% və ya 146 431, “Ak Yol” Demokrat Partiyası – 535 139 səs və ya 8,41%, Milli Sosial Demokrat Partiyası – 5,20% və ya 331 058 səs alıblar. Seçicilərin 3,90 faizi (248 291 nəfər) bütün partiyaların əleyhinə səs verib”.

2023-cü ilin yanvarın 19-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentin buraxılması və növbədənkənar seçkilərin martın 19-na təyin edilməsi haqqında fərman imzalayıb.

Yeni qaydalara əsasən, deputatların 70 faizi partiya siyahıları, 30 faizi isə birmandatlı seçki dairələri üzrə seçiləcək.

Qarışıq seçki sisteminə əsasən, 50-nin 50-yə nisbətində rayon və respublika əhəmiyyətli şəhərlərin məclislərinə də seçkilər keçiriləcək.

Rayon və rayon əhəmiyyətli şəhərlərin məclislərinə seçkilərdə vətəndaşlar birmandatlı seçki dairələri üzrə namizədlərə səs verəcəklər.

Seçkilərin keçirilməsi üçün 33,4 milyard tengenin (hazırkı məzənnə ilə 72,1 milyon dollar) xərclənməsi nəzərdə tutulurdu.

Kasım-Jomart Tokayev 2022-ci ilin noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkilərində səslərin 81,31 faizini qazanıb.

Ana səhifəDünyaQazaxıstanda parlament seçkilərinin ilkin nəticəsi bəlli olub