Ölənlərin Özbəkistan vətəndaşı olduğu bildirilir
Qazaxıstanda sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər ölüb.
Today.kz-nun məlumatına
görə,
hadisə yanvarın 18-də İrqiz rayonunun Samara-Şımkənt magistral yolunda baş verib.
Qazaxıstanın Daxili İşlər Nazirliyi bildirir ki, 55 nəfərin olduğu avtobusda 52 nəfər yanaraq ölüb:
“Hazırda onların kimliyi müəyyənləşdirilir. İlkin məlumata əsasən ölənlərin hamısı Özbəkistan vətəndaşıdır”.