Qatardan qaçan məhbusa 19 il həbs cəzası verildi

Əli Ağaminin əvvəlki cinayət işi üzrə məhkəmə iclası başa çatıb

Source:
Əli Ağami
Əli Ağami
Əli Ağami
Əli Ağami


Əli Ağaminin əvvəlki cinayət işi üzrə məhkəmə iclası başa çatıb

Bakıda qatardan qaçan məhbus Əli Ağaminin əvvəlki cinayət işi üzrə məhkəmə iclası başa

çatıb.

“Report” yazır ki, ötən gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağamiyə hökm oxuyub.

Proses Bakıda, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib.

Məlumata görə, hakimlər kollegiyası Lənkərandan Bakıya məhz bu məhkəmə iclasına görə gəlib.

Hökmə əsasən, Ə.Ağami 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Ə.Ağami və digər məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.

Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Ana səhifəXəbərlərQatardan qaçan məhbusa 19 il həbs cəzası verildi