Azərbaycanın rəsmi şəxslərinin həlak olması ilə nəticələnən hadisəni törədən şəxslər müəyyən edilməyib
Bu gün 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş vermiş faciədən 26 il ötür.
Həmin gün göyərtəsində Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclasın iştirkaçıları olacaq Azərbaycanın bir sıra rəsmi şəxsləri olan helikopter erməni hərbi dəstələri tərəfindən vurulub.
Azərbaycan tərəfinin rəsmi versiyasına əsasən, Mİ-8 helikopteri saat 14:42 dəqiqədə, yerdın 300 metr hündürlürdə olarkən vurulub.
Hadisə nəticəsində Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, jurnalist Alı Mustafayev və digərləri həlak olub.
Ümumilikdə qəza nəticəsində 22 nəfər ölüb.
Faktla bağlı 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu cinayət işi açılıb və Respublika Prokurorluğuna verilib. Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğal etməsi göstərilib. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün
olmayıb
.