“Qarabağda traktor sürücüsünün həlak olması araşdırılır”

Bildirilir ki, Madagiz sakini Aram Terpans tərəflərin təmas xətti yaxınlığında kənd təsərrüfatı işləri həyata keçirərkən Azərbaycan tərəfdən açılan atəş nəticəsində ölümcül yaralanması hadisəsi tədqiq edilir:

Foto: Reuters
“Qarabağda traktor sürücüsünün həlak olması araşdırılır”


"Araşdırmaya hər iki tərəfin nümayəndələri cəlb edilib"

Rusiya sülhməramlılarının rəhbərliyi oktyabrın 9-da Ağdərə istiqamətində snayper gülləsindən həlak olan 1966-cı il təvəllüdlü Aram Tepnansla bağlı araşdırma aparır.

Bu barədə "Turan" sülhməramılara istinadən xəbər

yayıb

.

Bildirilir ki, Madagiz sakini

Aram Terpans

tərəflərin təmas xətti yaxınlığında kənd təsərrüfatı işləri həyata keçirərkən Azərbaycan tərəfdən açılan atəş nəticəsində ölümcül yaralanması hadisəsi tədqiq edilir: "Araşdırmaya hər iki tərəfin nümayəndələri cəlb edilib".

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir", – bu açıqlamanı isə Azərbaycan Müdafiə Nazirliyi

yayıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həmin il Suqovuşan kəndi Tərtər rayonuna birləşdirilib.

Kənd 1994-cü ilin aprel ayında Ermənistan ordusu tərəfindən işğal edilib.

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ermənistan arasında 44 günlük mübaribə başlayıb.

Suqovuşan qəsəbəsi oktyabrın 4-də geri qaytarılıb və tarixi adı bərpa olunub.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasət“Qarabağda traktor sürücüsünün həlak olması araşdırılır”