Qarabağda əlinə avtomat verilən uşaqlar…

Filip Qamagelyan: ”Mən sülhməramlı dostlarımla birlikdə mübarizə aparacam….”

Source:
Filip Qamagelyan
Filip Qamagelyan
Filip Qamagelyan
Filip Qamagelyan


Filip Qamagelyan: ”Mən sülhməramlı dostlarımla birlikdə mübarizə aparacam….”

Qarabağda müharibə başladı. İyirmi ildən çox çəkən atəşkəsdən sonra başlayan müharibə göstərir ki, bu illər ərzində davam edən sülhməramlı proses, vətəndaş diplomatiyası sanki heç nəyə təsir etməyib. İndi nifrət, qisas hisslərinin hər iki tərəfdə gücləndiyi bir məqamda sülhməramlılar nə düşünür? Onlar öz zəhmətlərinin boşa çıxdığı qənaətindədirlərmi? Bundan sonra hansı addımı atacaqlar?

Meydan TV əməkdaşının suallarını erməni konfliktoloq, “İmagine” Konfliktlərin Transformasiyası Mərkəzinin proqramlar direktoru Filip Qamagelyan cavablandırır.



Filip, son günlər Qarabağda baş verənlər sizə necə təsir edir?

– Çox pis. Mən hələ 91-94-cü illərdə baş verənləri unutmamışam. Gecələr çox pis yatıram. Bugünlərdə daima xəbər yenilənmələrini oxuyuram.



Bir


s


ülhməramlı kimi fikriniz maraqlıdır. Əgər bu gün hər iki tərəf belə asanlıqla müharibəyə, qan tökməyə başlayıbsa, illərlə


göstərdiyiniz fəaliyyətin nəticəsi hanı


?

-Müharibə aprel ayının birindən başlamayıb. Eskalasiya artıq bir necə ildir ki, baş verir. QHT-dən olan sülh məramlıların fəaliyyətini şişirtmək olmaz, amma qiymətləndirməmək də doğru deyil. Birincisi, indi hazırda təkcə Qarabağda deyil, regionda və ümumiyyətlə, bütün dünyada vəziyyət gərginləşib. Bu gərginliklə lokal çərçivədə mübarizə aparmaq bir qədər çətindir. Bundan başqa, Qafqazda vətəndaş cəmiyyəti hələ inkişaf etməkdədir. Bu, Azərbaycanda daha açıq hiss olunur. Heç kim üçün sirr deyil ki, ordakı aktivistlərin çoxunu ya həbs ediblər, ya “zərərsizləşdirib”lər, ya da vətəndaş cəmiyyətinin dirçəltdiyi pöhrələri əzərək, bu və ya digər şəkildə “oyundan çıxarıblar”. Bu haqda biz bir sıra işlər görmüşük… Məsələn, bir təşkilat olaraq biz konflikti həll etməyi hədəf götürməmişdik. Bizim əsas məqsədimiz vətəndaş cəmiyyətində, akademik və digər qeyri-dövlət strukturlarında tərəflər arasındakı münasibətlərin transformasiyası olub. Bu, mütamədi, addımbaaddım gedən bir işdir və düşünürəm ki, bu mövzuda kifayət qədər uğur əldə etmişik. Siyasi kataklizmlərdən asılı olmayaraq bizimlə daim əməkdaşlıq edən onlarla peşəkar var.



İllərdir mətbuatda, sosial şəbəkələrdəki statuslarda sülhyaratma prosesi haqqında yazılır, treninqlərdə, seminarlarda ermənilərlə bir masa arxasında oturulur, yeyib-içilir… Onların əksəriyyətini özüm də görmüşəm… Dünən isə onların bəzilərinin “Qarabağda ayaq altında dolaşan ermənilərin başlarını kəsməyi” məsləhət gördüyünün şahidi oldum. Siz də belə çağırışlar görürsünüz?Sizi dəhşətə gətirən çıxışlar varmı?

– Bəli, çox görmüşəm. Hər iki tərəfdən də bu tip şərhlər olur. Amma əks münasibət də görmüşəm. Mən həm də elələrini gördüm ki, hadisələr onların mövqeyini dəyişmədi. Etnik mobilizasiyanın gücü çox böyükdür. Bu gücün arxasında təhsil ocaqları, KİV, dövlət siyasəti dayanır. Bu, təkcə Qafqazda yaşanan problem deyil. Bu, bütün dünyada iki əsrdən çox işlənən bir mexanizmdir və onu dəyişdirmək üçün dövlətçiliyə, siyasətə, müharibəyə, düşmən obrazı ilə birbaşa bağlı olan mənsubiyyətə münasibəti dəyişmək lazımdır.



Necə fikirləşirsiniz, bu gün sülhyaratma prosesində iştirak edənlər nə etməlidirlər? Belə təhlükəli məqamda hansı addımlar atılmalıdır?

-Cəmiyyətin vətəndaşyönümlü inkişafını təmin etmək lazımdır. Bu asan həll olunan məsələ deyil, illər tələb olunur, ruhdan düşməmək lazımdır. Ən əsası bir-birimizə dəstək olmalıyıq. Sülhyaratmada iştirak edənlərin rəqib tərəfin cəsədləri yanında sevincdolu şəkillər çəkdirən psevdovətənpərvərlərə çevrilməsi adamı çox məyus edir. Lakin heç nəyə baxmayaraq mövqelərini dəyişməyən, yanımızda möhkəm duran həmkarlarımızı görəndə ruhyüksəkliyi əmələ gəlir. Azərbaycanda da, Ermənistanda da belə dostlar olduqca, mən onların hər birisi ilə sona qədər sülh üçün bir cəbhədə dayanmağa hazıram.



Filip, dünən mən Qarabağdan olan erməniləri və onlarla musiqi sədaları altında oynayan erməni uşaqlarını gördüm. Uşaqların əlinə erməni hərbçiləri silah vermişdilər. Ermənistandan olan sülməramlı kimi günahsız uşaqların əlinə silah verən insanlara nə demək istərdiniz?

-Bəli, milliyyətçilik və ya vətənpərvərlik – bunlar arasında o qədər də böyük fərq görmürəm- təlimləri lap uşaqlıqdan başlayır. Bunu həm də dərsliklər, nağıllar, hekayələr, əfsanələr, muzeylər və digər başqa simvollar vasitəsilə uşaqlara aşılayırlar. Bizim dilimizdə (təkcə erməni dilində deyil, amma həm də erməni dilində) düşmənə qarşı həmrəyliyimizi, birliyimizi göstərən, zorakılığl adiləşdirən çox sayda simvollar var. İkinci Dünya Müharibəsi dövründə aparılan araşdırmalar göstərib ki, 90 faizdən çox əsgər öldürmək üçün özünü məcbur edə bilməyib. Bu məsələ hakimiyyətin heç xoşuna gəlməyib. O vaxtdan sonra insanlara öldürmək hissi və texnologiyası aşılanır. Uşaqlıqdan düşmən obrazının yaradılması, onun məhv olunması, avtomat oyuncaqlar, video oyunlar, filmlərdə ölüm səhnələri, “bizimkilərin” süper qəhraman, qarşı tərəfin qorxaq olması bu aşılanmanın alətləridir. Dünən sizin gördüyünüz əli avtomatlı uşaqlar millitar mentallığın bariz nümunəsidir. Əslində problem daha dərindədir. Avtomatı uşağın əlindən almaq olar, lakin onun beynindəki super vətənpərvər qəhraman ideyasını təmizləmək bir qədər çətindir.



Erməni dostlarınız, tanışlarınız, qohumlarınız bütün bu yaşananlara necə münasibət bildirir? Bilirəm ki, hamı adından danışmaq çətindir, lakin ümümi əhval-ruhiyyə necədir? Nələri müşahidə edirsiniz?

– Ümumiləşdirmək çətindir. Bir çox erməni qoşunların Azərbaycanın daxilinə yeridilməsini təbliğ edir, bəziləri qarşı tərəfin itkilərinə sevinir. Bəziləri isə irimiqyaslı müharibənin başlanmasından narahatdır və ölənlərə görə təssüf hissləri keçirir. Bir çoxu müharibə təbliğatını görüb insanları sülhə doğru həmrəy olmağa çağırır. Təəssüf ki, sonuncular çox azdır. Lakin bu insanlar cəmiyyət arasında bəlli bir mövqeyi olan və fikirlərini açıq şəkildə ifadə etməyi bacaranlardır.

Ana səhifəXəbərlərQarabağda əlinə avtomat verilən uşaqlar…