Robert Sekuta: ”Çalışacağıq ki, münaqişənin həlli istiqamətində işlər görülsün”
“Dağlıq Qarabağ problemi çox uzandı. Münaqişənin hərbi yolla həlli mümkün deyil”.
APA yazır ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir Azərbaycanın cənub böldəsində səfərdədir.
Problemin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayan diplomat ATƏT-in Minsk qrupu həmsədrlərinin bu günlərdə Azərbaycana səfər edəcəklərini xatırladıb.
“Var gücümüzlə çalışacağıq ki, münaqişənin həlli istiqamətində işlər görülsün”, – deyə o bildirib.
Dağlıq Qarabağ problemi 30 il əvvəl, 1987-ci ildən başlayıb. SSRİ Kommunist Partiyasının birunci katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik A.Aqanbekyanın 1987-ci ilin18 noyabrında Fransa paytaxtında səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistan SSR-ə birləşdirilsin”
bəyanatı
ndan sonra tərəflər arasında münaqişə alovlanıb.
Həmin noyabr-dekabr aylarında Ermənistan paytaxtında Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi şüarları ilə nümayişlər keçirilib. 1988-ci ilin fevralında münaqişənin ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ) öldürülüb.
1991-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlər 1994-cü ildə atəşkəs elan edilməklə dayandırılıb. Həmin il mayın 5-də Bişkekdə barışıq haqqında protokol imzalanıb. 1993-1994-cü illərdə Azərbaycanın yeddi rayonu – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları Ermənistan tərəfindən işğal olunub. Bir milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrilib. O vaxtdan indiyədək gedən qısamüddətli döyülərdə hər iki tərəf xeyli itki verib.