”Qarabağ mitinqinə” icazə verildi

Mitinq “Məhsul” stadionunda keçiriləcək

Source:

Mitinq

“Məhsul”

stadionunda

keçiriləcək

Bakı şəhər İcra Hakimiyyəti bir qrup siyasi partiya və ictimai təşkilat nümayəndəsinin 29 sentyabrda “Qarabağ mitinqi” keçirmək barədə müraciətinə müsbət cavab verib.

Modern.az saytının məlumatına görə, bu haqda mitinqin Təşkilat Komitəsinin üzvü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.

Təşkilatçılar əvvəldən bəyan ediblər ki, mitinq siyasi müxalifətin aksiyası deyil və hakimiyyətə münasibətlə əlaqədar siyasi şüarlar, tələblər qoyulmur və səsləndirilməyəcək.

“29 sentyabr “Qarabağ mitinqi” ideyası Azərbaycan ictimaiyyətinin ölkə daxilində, habelə xaricdə yaşayan ən geniş təbəqələri tərəfindən müdafiə olunur və mitinqdə iştirak edəcəkləri barədə minlərlə insanın çağrışları KİV- də, sosial şəbəkələrdə, əhali arsındakı canlı müzakirələrdə səslənib”, – təşkilatçılar bəyan edibləar.

BŞİH-dən verilən cavabda göstərilir ki, mitinq 2018-ci il sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində,”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək.

Ana səhifəXəbərlər”Qarabağ mitinqinə” icazə verildi