“Qarabağ” Macarıstan çempionu ilə heç-heçə etdi

Foto: Meydan TV

Cütün taleyi Budapeştdə həll olunacaq

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.

Ağdam təmsilçisi Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşıb. Oyunda hesabı 17-ci dəqiqədə macarlar açıb. “Qarabağ”ın heyətində isə Kvabena Ovusu 34-cü dəqiqədə bərabərlik qolunu vurub. Qarşılaşmada başqa qol olmayıb – 1:1.

Cavab matçı avqustun 9-da, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

“Qarabağ” bu mərhələyədək UEFA Çempionlar Liqasında Polşa “Lex”ini və İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırıb.

Ana səhifəXəbərlər“Qarabağ” Macarıstan çempionu ilə heç-heçə etdi