”Qarabağ”-ın oynayacağı stadionların adları açıqlanıb

Komanda rəqimlərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək

Source:
Qarabağ FK
Qarabağ FK


Komanda rəqimlərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək

Futbol üzrə Çempionlar Liqasında “Qarabağ”ın ev və səfər oyunlarını keçirəcəyi stadionların adları açıqlanıb. Bu barədə UEFA-nın saytına xəbər verilir.

“Qarabağ” rəqiblərini Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Ağdam komandası sentyabrın 27-də İtaliyanın “Roma”, oktyabrın 18-də İspaniyanın “Atletiko” və noyabrın 22-də İngiltərənin “Çelsi” klubları ilə ev oyunlarına bu arenada çıxacaq.

“Atletiko” isə rəqiblərini yeni stadionda sınağa çəkəcək. Bu, Bakı Olimpiya Stadionunun Çempionlar Liqasının 2018-2019 mövsümündə final matçını keçirməyə namizəd kimi rəqibi olan “Estadio Metropolitano”dur. Madriddəki 70 min nəfərlik arenada ilk dəfə sentyabrın 12-də “Atletiko” ilə “Çelsi” üz-üzə gələcək. Daha sonra həmin stadionda “Qarabağ” oynayacaq. Bu, 31 oktyabra təsadüf edəcək.

“Report” yazır ki, “Qarabağ” azarkeş amilini nəzərə alaraq ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyə qərar versə, gələn mövsüm Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan hər 2 arena eyni qrupun oyunları üçün debüt edəcək.

Digər komandaların ev stadionları isə dəyişməyib. “Qarabağ” sentyabrın 12-də İngiltərənin paytaxtı Londondakı “Stemford Bric”də “Çelsi”nin, dekabrın 5-də İtaliya paytaxtındakı “Olimpiko” stadionunda “Roma”nın qonağı olacaq.

Ana səhifəXəbərlər”Qarabağ”-ın oynayacağı stadionların adları açıqlanıb