Azərbaycan çempionu cavab oyununda beş qol vurdu
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
Ağdam təmsilçisi Bakıda Polşanın “Lex” komandası ilə üz-üzə gəlib.
“Qarabağ” bir həftə əvvəl Poznanda keçirilən ilk qarşılaşmada 0:1 hesabı ilə məğlub olmuşdu.
Növbəti mərhələyə vəsiqə qazanmaq üçün “köhlən atlar” cavab oyununda azı iki top fərqi ilə qalib gəlməli idi.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 1-ci dəqiqəsində hesabı Polşa komandası açsa da, “Qarabağ” beş qol vuraraq, qələbə qazanıb. 5:1 hesablı qələbə Ağdam komandasını Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə çıxarıb.
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrənin “Sürix” komandası ilə qarşılaşacaq.