Qarabağ danışıqlarını kim yubadır?

Aprel döyüşlərindən 5 ay keçir. Bu döyüşlərin ibrət dərsləri nə oldu? Biz nə öyrəndik? Necə olur ki, bu qədər itkidən sonra Ermənistan-Azərbaycan danışıqlarını yenidən “donmuş münaqişə” kateqoriyasına yazır və danışıqların yubanmasına görə Azərbaycan rəhbərliyini günahlandırırlar?

Source:

Aprel döyüşlərindən 5 ay keçir. Bu döyüşlərin ibrət dərsləri nə oldu? Biz nə öyrəndik? Necə olur ki, bu qədər itkidən sonra Ermənistan-Azərbaycan danışıqlarını yenidən “donmuş münaqişə” kateqoriyasına yazır və danışıqların yubanmasına görə Azərbaycan rəhbərliyini günahlandırırlar?

Meydan TV Sevinc Osmanqızının təqdimatında məsələni gündəmə gətirib.

Sevinc Osmanqızı: “Prezident İlham Əliyev deyir ki, ABŞ dövlət katibi Con Kerrinin münaqişənin yubanmasına görə dedikləri ən azı ədalətsizlikdir. Belə düşünənlər az deyil. Rəsmi Bakının təsiri altında olan Qərb ekspertlərindən biri, Atlantika Şurasının baş tədqiqatçısı Ariel Kohen də hesab edir ki, Con Kerrinin belə bəyanatı ABŞ-da prezident administrasiyasında tutduğu vəzifənin müddətinin başa çatması ilə bağlıdır. 3 həftə sonra ABŞ-da yeni prezident seçkiləridir və kimin qalib gəlməsindən asılı olmayaraq, dövlət katibi Con Kerri tarix olacaq. Onun sözlərinə görə, Con Kerri əvvəldən “ermənilərin dostu” imicini qazanıb.

Burda söhbəti başa vurub, nöqtəni qoya da bilərdik. Lakin ədalət naminə xatırlamalıyıq ki, okeanın o tayında “Qarabağ danışıqlarına görə günah Azərbaycan rəhbərliyindədir” mövqeyinə bu gün, nə də dünən formalaşmayıb. ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kazlariç 2013-cü ildə eyni mövqe sərgiləyəndə Con Kerri bir ay deyildi ki, dövlət katibi idi”.

Riçard Kazlariç: “Gəlin özümüzü aldatmayaq, Azərbaycanda hamının göz şahidi olduğu davranış bəyanatlarla uzlaşmır. Zənnimcə, Azərbaycanda bir sıra rəsmi məmurlar hesab edirlər ki, başqa məsələlərə görə ABŞ-ın Azərbaycana ehtiyacı var və bu, Azərbaycanın ABŞ-a olan ehtiyacından daha çoxdur. Ona görə də istədiyimiz kimi özümüzü apara bilərik. Mən artıq demişəm, bu, belə deyil. Dünyada qlobal enerji, təhlükəsizlik üzrə vəziyyət dəyişib. Azərbaycan vacib ölkədir, lakin əvvəlki kimi, mənim vaxtımda olduğu kimi, vacib deyil. Dünyada başqa hadisələr də baş verməkdədir. Məncə, bu, Azərbaycan rəhbərliyinin başa düşməkdə çətinlik çəkdiyi məsələdir. Onlar buna yalnız ikitərəfli münasibətlər kimi baxmamalıdırlar, bu münasibətlər də dünyada baş verən hadisələrdən təsirlənir”.

Cenevrədə yaşayan jurnalist Rauf Mirqədirov hesab edir ki, Minsk Qrupu həmsədrlərinin “donmuş münaqişə” kateqoriyasına yazdığı bu münaqişədə donan, düyünə düşən – onların öz aralarında olan münasibətlərdir:

Sevinc Osmanqızı: “Aprel döyüşləri Ermənistanda iqtidarla müxalifəti bir araya gətirdi. Ümumi xarici təhlükə, bu halda Azərbaycan illər uzunu bir-birinə qatı düşmən olan prezident Sarkisyanla onun rəqibi, keçmiş prezident, hazırda müxalifət lideri olan Ter-Petrosyanı dost etdi. Bu, həmin Ter-Petrosyandır ki, 2008-ci il prezident seçkilərindən sonra Sarkisyanı “Ermənistan üçün fəlakət” adlandırmışdı. Azərbaycanda isə milli barışıq baş vermədi. Əksinə, aprel döyüşləri başa çatar-çatmaz hakimiyyət bir dəstə gənci “milli satqın” qışqırmaq üçün müxalifət lideri Əli Kərimlinin evi qarşısına yolladı.

Bu gün biz aprel savaşından sonra Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranan vəziyyəti görməyə çalışdıq.Düşmənin həm daxildə, həm xaricdə axtarıldığı bir cəmiyyətdə çətin vəzifədir. Lakin bunu etməliyik – nə qədər ki, şəhidlərimizin ruhu narahatdır, bizim də süstləşmək haqqımız yoxdur”.

Ana səhifəXəbərlərQarabağ danışıqlarını kim yubadır?