Məktəblərin bağlanması nəzərdə tutulmur
Yağan qar şagirdlərin məktəbə getməsinə mane olub. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyir ki, qarlı hava şəraiti ölkə ərazisində məktəblərdə davamiyyətə mənfi təsir edib.
Nazirlik sözçüsü “Report”-a onu da bildirib ki, davamiyyətin aşağı düşməsinə baxmayaraq, məktəblərin bağlanması nəzərdə tutulmur.
Məktəblərin qış tətili bu gün başa çatıb.