Qadir İbrahimli: İqtisadiyyatda ”təmkinli büdcə” anlayışı yoxdu

”Neft ölkələrinin böhranından ən pis qiyməti Azərbaycan aldı”

Source:


”Neft ölkələrinin böhranından ən pis qiyməti Azərbaycan aldı”

“İqtisadi nəzəriyyədə inverstisiya, yaxud sosialyönümlü büdcə anlayışı var, təmkinli, səbrli, səbrsiz büdcə anlayışı yoxdur. Ümumiyyətlə, büdcə dəyələndirmələri ölkə iqtisadiyyatının güzgüsüdür, büdcəyə baxıb ölkənin sosial, biznes durumunu müəyyənləşdirmək və haqqında rəy bildirmək olar”.

Bu açıqlamanı Meydan TV-yə iqtisadçı Qadir İbrahimli parlamentin vitse-spikeri

Ziyafət Əsgərovun

fikirlərini şərh edərkən səsləndirib.

Qadir İbrahimli Ziyafət Əsgərovun dəyərləndirməsini yanlış hesab edib.

O düşünür ki, Azərbaycanda büdcə mədəniyyəti tam formalaşmayıb:

“Milli Məclisdə büdcə müzakirələri zamanı büdcə ənənəsi yaranmadı. Səbəb hər hansı sahənin xərc və gəlirləri üzrə günlərlə müzakirələrin aparılmaması, deputatların izahat tələb etməməsidir. Ənənə olmayan ölkələrdə isə bu cür qeyri-adi yanaşmalar ortaya çıxa bilir”.

İqtisadçı vitse-spikerin dünyada iqtisadi böhranın olması barədə fikirlərini də bölüşmür:

“Dünyada iqtisadi böhran yoxdur, böhran neft ölkələrindədir. Bu mənada böhranın qlobal xarakter aldığını söyləmək düzgün yanaşma deyil. Sadəcə, dünya bazarında neftin qiyməti düşdüyündən iqtisadiyyatlarını “qara qızıl” üzərində quran ölkələr də böyük böhranla qarşılaşıblar. Amma bu da şərtidir, məsələn, Norveç kimi nefti olan ölkədə böhran yoxdur və ümumiyyətlə, böhranın bu dövlətə heç bir aidiyyatı yoxdur. Hətta MDB ölkələrindən Qazaxıstan modelini götürsək, ölkənin gəlirləri neft əsasında da, çox davamlı qeyri-neft sektoru, liberal iqtisadi və biznes mühiti var. Düzdür, ölkə neft qiymətlərinin enməsindən ziyan çəkdi, amma liberal iqtisadi mühit həmin təsirlərin minimuma düşməsinə imkan verdi. Yaxud Qərbin bir çox iqtisadi-siyasi sanksiyalarıyla üzləşən Rusiya milli valyutasını sabitləşdirə bilib. Baxmayaraq ki, Rusiyanın hərbi xərcləri kifayət qədər yüksəkdir. Ancaq Azərbaycanda maliyyə sabitliyini yaratmaq mümkün olmayıb, 2017-ci ildə isə manatın devalvasiyası daha da güclənəcək. Çünki Mərkəzi Bank tam üzən məzənnəyə keçdiyini bəyan edib. Bundan əlavə, biznes mühiti rəqabətə davamlı deyil, mülkiyyət toxunulmazlığı problemləri var. Ona görə neft ölkələrinin böhranından ən pis qiyməti Azərbaycan aldı”.

Ana səhifəAnalitikaQadir İbrahimli: İqtisadiyyatda ”təmkinli büdcə” anlayışı yoxdu