Qadın avtobusdan yıxılıb öldü

Səbəb avtobusun qapısının açıq olmasıdır

Source:


Bakıda qadın avtobusdan yıxılıb öldü.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, dünən Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi “İsuzu” markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlərQadın avtobusdan yıxılıb öldü