Qabriel Qarsiya Markes vəfat etdi

Tanınmış yazıçı, nobel mükafatı laueratı, Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes Meksikada vəfat edib. Meydan tv xəbər verrir ki, onun 87 yaşı var idi. Bu barədə BBC yazıçının ailəsinə yaxın mənbəyə istinadən məlumat verib.

Source:

Tanınmış yazıçı, nobel mükafatı laueratı, Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes Meksikada vəfat edib. Onun 87 yaşı var idi. Markesin vəfatı barədə məlumat verən BBC yazarın ailəsinə yaxın mənbəyə istinad edir.

Qeyd edk ki, yazıçı pnevmaniyadan əziyyət çəkirdi. O, bir müddət öncə xəstəxanaya da yerləşdirilmişdi.

Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 18 yaşında Sipariki internatında oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib.

Beləliklə, ən böyük romanı olan, 16 il sonra “Yüz ilin tənhalığı” adlanacaq “Ev”i yazmağa başlayıb.

“Gözlənilən bir qətlin qısa tarixçəsi”, “Palkovnikə məktub yoxdur”, “Patriarxın payızı”, “Vəba dövründə məhəbbət” və başqa əsərlərin müəllifidir.

1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı maqik realizm cərəyanın yaradıcılarından hesab olunur.

Meydan TV

Ana səhifəXəbərlərQabriel Qarsiya Markes vəfat etdi