Putinin aşpazı: ““Vaqner”i mən yaratdım”

Vladimir Putinin və Yevgeni Priqojin. Mənbə: Lenta.ru

Priqojin bu qrupun dünyanın müxtəlif ölkələrinə yerləşdirildiyini deyib

Rusiya dövlət başçısı Vladimir Putinin aşbazı, sahibkar Yevgeni Priqojin sensasiya sayılacaq açıqlama verib.

Yevgeni Priqojin “Vaqner” özəl mühafizə şirkətini qurduğunu deyib.

Rusiyalı iş adamı Yevgeni Priqojin deyib ki, 2014-cü ildə Ukraynada döyüşmək üçün “Rusiyanın “Qara suyu”” kimi tanınan “Vaqner özəl mühafizə şirkəti”ni qurub.

O, etiraf edib ki, şirkət daxilindəki muzdlular Latın Amerikası ölkələrinə yerləşdirilib.

“İndi sizə bir etiraf edim ki, bu qəhrəman insanlar Suriya xalqını, digər ərəb xalqlarını, afrikalıları və latın amerikalılarını müdafiə edərək millətimizin əsas təhlükəsizlik sütunlarından birinə çevriliblər”, – Yevgeni Priqojin belə deyib.

İllərdir ki, “Vaqner”in müxtəlif coğrafiyalarda gizli əməliyyatlar apardığı iddia olunur. Ancaq Kreml bu iddiaları dəfələrlə təkzib edib.

Bildirilir ki, muzdlular Rusiya ordusuna məxsus kamuflyaj geyiniblər, lakin əllərində Rusiya bayrağı və ya ordudan olduqlarını göstərən simvol olmayıb.

“Vaqner” üçün işləyən muzdluların sayının 5 min civarında olduğu təxmin edilir.

Muzdluların Rusiyanın Krasnodarın Molkino qəsəbəsində ağır və çətin təlim keçdiyi bildirilir.

Orduda polkovnik-leytenant rütbəsində xidmət edən Dmitri Utkinin “Rusiyanın gizli ordusu” kimi tanınan şirkətin rəhbəri olduğu məlum olub.

Onun Kremllə əlaqələri 2016-cı ildə V.Putinin Utkinə təqdim etdiyi medaldan sonra gündəmə gəlib.

D.Utkin ABŞ-ın sanksiyalar siyahısındadır.

Ana səhifəDünyaPutinin aşpazı: ““Vaqner”i mən yaratdım”