Putin: Prezidentliyə namizədliyimi irəli sürəcəm

Rusiya prezidenti zadov işçiləri ilə görüşdə qərarını açıqlayıb

Source:
Vladimir Putin, 06.12.2017
Vladimir Putin, 06.12.2017


Rusiya prezidenti zadov işçiləri ilə görüşdə qərarını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini bəyan edib.

Bu barədə o, dekabrın 6-da “QAZ” Avtomobil Zavodunun işçiləri ilə görüşdə deyib.

“İnterfaks”

yazır

ki,  zavod işçilərindən birinin xahişindən sonra Putin öz qərarını açıqlayıb.

“Mən Rusiya Federasiyasının prezidenti vəzifəsinə namizədliyimi irəli sürəcəyəm. Yəqin ki, bu qərarı açıqlamağım üçün buradan yaxşı yer və imkan yoxdur”- Putin zavod işçilərinə deyib.

“QAZ” əməkdaşları onu dəstəklədiklərini vurğulayıblar.

Vladimir Putin sonuncu dəfə 2012-ci ildə Rusiyanın prezidenti seçilib. Bundan əvvəl o, 2000-2008-ci illərdə də ölkəyə rəhbərlik edib. 2008-2012-ci illərdə isə Rusiyanın hökumət rəhbəri olub.

Ana səhifəXəbərlərPutin: Prezidentliyə namizədliyimi irəli sürəcəm