“Mən Rusiyanın Prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin martında keçiriləcək Prezident seçkilərində iştirak edəcəyini bildirib.
Bu barədə Putin dekabrın 8-də Kremldə “Vətən Qəhrəmanları Günü” münasibətilə keçirilən mərasimdə danışıb.
“Mən Rusiyanın Prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, – deyə Putin vurğulayıb.
V.Putinin dövlət başçısı kimi hazırkı səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır.
Rusiyada növbəti Prezident seçkiləri martın 17-nə təyin edilib.
2024-cü ilin martın 17-də Rusiyada Prezident seçkiləri keçiriləcək.
Dekabrın 7-də Rusiya Federal Məclisinin Federasiya Şurası bu barədə qərar qəbul edib.
Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplamışdı.
Əgər 2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.
2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.
O, hazırda Təhlükəsizlik Şurasının sədridir.