Putin: Hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır (Yenilənir)

Rusiya prezidenti: Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək

Source:


Qarabağda atəşkəs üçün danışıqlar aparılacaq


Fransanın Xarici işlər naziri bildirib ki, Dağlıq Qarabağ münaqişəsindəki döyüşən tərəfləri atəşkəsə dair razılığa gəlmələri üçün cümə axşamı günü Cenevrədə və bazar ertəsi Moskvada danışıqlar aparılacaq. Jean-Yves Le Drian, parlamentin xarici əlaqələr komitəsinə verdiyi açıqlamada deyib ki, Fransa, Rusiya və ABŞ bu danışıqları əvvəlcədən şərt qoyulmadan reallaşması lazım olan bir dialoqa başlamaq üçün aparacaqlar.

“BP-Azerbaijan” şirkəti hərbi əməliyyatların genişləndirilməsindən narahat olduğunu açıqlayıb.

Bu barədə “Report”a şirkətdən bildirilib.

“Xüsusilə də dünən Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac və Cənubi Qafqaz Qaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq. Azərbaycanda əməliyyatçısı olduğumuz bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir, amma bununla belə, öz işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik.

Bir daha biz Azərbaycanda mülki yaşayış yerlərinə və infrastruktura hücumlardan çox narahat olduğumuzu bildiririk və çox ümid edirik, bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış suveren əraziləri çərçivəsində öz ədalətli həllini tapacaq”, – şirkət bəyan edib.


Mərmi Ağdamda mülki vətəndaşın həyatına son qoydu


Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdamın Xındırıstan kəndində bir nəfər mülki şəxsin ölümünə səbəb olub. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, evə külli miqdarda ziyan dəyib.

***


Rusiya prezidenti: Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasıdakı vəziyyəti şərh edib.

“Rossiya 24” kanalına danışan Rusiya prezidenti Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən narahat olduğunu bildirib: “Biz çox narahatıq, ona görə ki həm Azərbaycan, həm Ermənistan, həm də Dağlıq Qarabağda – hansı ki bizə yad olmayan insanlar yaşayır. Bizim hesablamalarımıza görə, Rusiyada iki milyona yaxın azərbaycanlı, iki milyondan çox erməni yaşayır. Çoxlu sayda Rusiya vətəndaşı hər iki ölkə ilə dostluq, hətta qohumluq münasibətlərinə malikdir. Əlbəttə ki, bu, böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəfdən itkilər var".

Putin qeyd edib: "Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək. Əgər bu münaqişə tamam bitməsə, görünən odur ki, buna hələ çox var. Lakin bütün hallarda biz atəşi dayandırmağa çağırırıq. Bunu ən qısa müddətdə etmək lazımdır.

Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar, təəssüflər olsun ki, hələ də davam edir, amma Ermənistan ərazisində aparılmır".

***



İran prezidenti Qarabağdakı müharibədən narahat olduqlarını deyir


O, münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümid etdiyini söyləyib

Oktyabrın 7-də Ermənistan silahlı qüvvələri Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutur.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Müdafiə Nazirliyi Azərbaycan ordusunun adekvat tədbirlər gördüyünü bildirib.

Ermənistan tərəf də Dağlıq Qarabağ ərazisinin intensiv atəşə tutulduğu haqda məlumat yayıb.

“Azərtac”ın məlumatına görəsə, oktyabrın 6-da İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İlham Əliyevlə telefon əlaqəsi saxlayıb.

Məlumatda deyilir ki, Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib. O, münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümid etdiyini söyləyib.

Prezident İlham Əliyev deyib ki, İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib:

“Sərhədboyu işğaldan azad olunan ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur”.

Ana səhifəXəbərlərPutin: Hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır (Yenilənir)