O, ABŞ diplomatlarının uşaqlarını Kremldə keçirilən Yolka şənliyinə dəvət edib
17.15. Rusiya prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun 35 amerikalı diplomatın ölkədən çıxarılması təklifindən imtima edib.
Lenta.ru
Kreml saytına istinadən bu barədə yazıb.
“Biz amerikalı diplomatlara problem yaratmayacaq, heç kimi ölkədən çıxarmayacağıq. Onların ailə və uşaqlarını yeni il bayramını öyrəşdikləri yerdə keçirməkdən məhrum etməyəcəyik”,-Putinin bəyanatında belə deyilir.
Prezident xoşməram jesti olaraq ABŞ diplomatlarının uşaqlarını Kremldə keçirilən Yolka şənliyinə dəvət edib.
”Ümid edirik ki, təklifə operativ qaydada baxılacaq”
Rusiyanın Xarici İşlər Nazirliyi prezident Putinə 35 amerikalı diplomatın “persona-non qrata” elan olunması barədə təklif göndərib.
Bu barədə xarici işlər naziri Sergey Lavrov dekabrın 30-da açıqma verib.
Məlumatı lenta.ru yayıb.
S.Lavrov deyib ki, 31 əməkdaşın Amerikanın Moskvadakı səfirliyindən, 4 nəfər isə Sank-Peterburqdakı konsulluğundan çıxarılması haqda təklif var.
“Ümid edirik ki, təklifə operativ qaydada baxılacaq”,-Lavrov belə deyib.
Dekabrın 29-da
Amerika Birləşmiş Ştatları
35 rusiyalı diplomatı Vaşinqton və San-Fransiskodan çıxarıb və ardınca Moskvaya qarşı yeni sanksiyalar elan edib.
Rəsmi Vaşinqton sanksiyaların səbəbini prezident seçkiləri zamanı kiber hücumla izah edib.