35 rusiyalı diplomat ABŞ-dan çıxarılır

Moskvaya qarşı yeni sanksiyalar elan edilib

Source:


Moskvaya qarşı yeni sanksiyalar elan edilib

Amerika Birləşmiş Ştatları 35 rusiyalı diplomatı Vaşinqton və San-Fransiskodan çıxarıb və ardınca Moskvaya qarşı yeni sanksiyalar elan edib.

Rəsmi Vaşinqton sanksiyaların səbəbini prezident seçkiləri zamanı kiber hücumla izah edib.

Məlumatı BBC-nin

Rusiya xidməti

yayıb.

Prezident Obama sanksiyaları şərh edərkən bildirib ki, bu qərar Rusiyanın fəaliyyətinə adekvat cavab idi. Prezident ölkədən çıxarılan Rusiya diplomatlarını “kəşfiyyatçı” adlandırıb.

Eyni zamanda, ABŞ Rusiyanın Merilend və Nyu-Yorkdakı dipomatik korpuslarını bağlayır. Vaşinqton bunu həmin korpusların kəşfiyyat məqsədləri üçün istifadə olunması ilə əlaqələndirib.

“Persona-non qrata” elan olunan Rusiya diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

Amerika Maliyyə Nazirliyinin saytında bildirilir ki, sanksiya siyahısına Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobov, onun birinci müavinləri Vladimir Alekseyev və Sergey Qizunov daxil ediliblər.

Ana səhifəXəbərlər35 rusiyalı diplomat ABŞ-dan çıxarılır