Elşən İsmayılov və Arif Əliyeva -14 il azadlıqdan məhrumetmə cəzası istənilib
Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində RATİ-nin sabiq sədri, fotoreportyor Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.
Prokuror təqsirləndirilən Elşən İsmayılov və Arif Əliyeva -14 il, Camal Məmmədova – 12 il, Kənan Mədətova və Samir Mustafayeva 11 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.
Ötən ilin avqustun 8-də saat 18.00 radələrində fotoreportyor Rasim Əliyev Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
Proses martın 1-də davam etdiriləcək.