O, zərərçəkmişlərə üzünü tutdu: “Məni həbs eləmək üçün sizdən istifadə etdilər”
Bakıda müxalifət partiyalarının keçirdiyi etiraz aksiyalarına gələrək, orada prezident İlham Əliyev və hakimiyyətini müdafiə edən, bir müddət sonra isə ölkəni tərk edən və Ukraynada tutulub Azərbaycana gətirilən Maqsud Mahmudovun məhkəməsi yekunlaşır. Onun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən keçirilən məhkəmə prosesində prokuror çıxış edib.
Aprelin 25-də prokuror bildirib ki, Maqsud Mahmudova qarşı irəli sürülmüş ittihamlar məhkəmədə də təsdiqini tapıb. Dövlət ittihamçısı ona 3 il bank sistemində çalışmaq hüququ qadağan edilməklə, 14 il həbs cəzası verilməsini istəyib.
Prokurordan sonra məhkəmədə iştirak edən iki zərərçəkmiş çıxış edib. Onlar bildirib ki, Maqsud Mahmudova 14 və ya 20 il verilməsinin fərqi yoxdur. Əsas odur ki, onlara dəymiş ziyan ödənilsin.