Prokuror jurnalistə ağır cəza istəyir

Fariz Namazlı: İşin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparması qanun pozuntusudur

Source:
Elçin Həsənov
Elçin Həsənov
Elçin Həsənov
Elçin Həsənov


Fariz Namazlı: İşin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparması qanun pozuntusudur

İyulun 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə “Yüksəliş naminə” qəzetinin baş redaktor müavini Elçin Həsənov barəsində çıxarılan hökmdən verilmiş apellyasiya protestinə baxılacaq.

Bu barədə Meydan tv-yə jurnalistin vəkili Fariz Namazlı bildirib.

Vəkil qeyd edib ki, protesti dövlət ittihamçısı Əsədulla Ramazanov jurnalist barəsində Nizami Rayon Məhkəməsinin hökmündən verib: “Prokuror jurnalistə qarşı çıxarılan hökmün dəyişdirilərək Cinayət Məcəlləsinin 221.3-cü (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) maddəsi ilə təqsirli bilinib qeyd olunan maddənin sanksiyasi çərcivəsində ən ağır cəza təyin edilməsini istəyir”.

F.Namazlı deyib ki, prokurorluq məhkəmə qərarı qüvvəyə minmə ərəfəsində belə addım atıb. Vəkil həmçinin, bildirib ki, jurnalistə qarşı CM-nin 221.3 maddəsi ilə məhkəməyə göndərilən işin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparması qanun pozuntusudur: “İttihamın hansısa hüquqi əsası yoxdur və müdafiə tərəfi tam bəraət almaq niyyətindədir. İnsidentin şahidləri olmayıb. Bütün ittiham zərərçəkənin ifadəsi üzərində qurulub”.

Elçin Həsənov iyunun 21-də Nizami Rayon Məhkəməsinin hökmü ilə 1 il islah işlərinə məhkum edilib. Jurnalist Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə ittiham olunub.

Ana səhifəXəbərlərProkuror jurnalistə ağır cəza istəyir