Prezidentliyə namizədlərin sayı 7 oldu

Daha 3 nəfərin namizədliyi qeydə alındı

Source:
Fərəc Quliyev, Razi Nurullayev, Hafiz Hacıyev
Fərəc Quliyev, Razi Nurullayev, Hafiz Hacıyev


Daha 3 nəfərin namizədliyi qeydə alındı

Martın 10-da Mərkəzi Seçki Komissiyası daha 3 nəfərin namizədliyini qeydə alıb.

Bu barədə “Report”-a MSK katibi Arifə Muxtarova məlumat

verib

.

MSK hesab edib ki, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyevin, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafız Hacıyevin və namizədliyi “AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevin namizədliyinin qeydə alınmasında problem yoxdur.

MSK katibi deyib ki, həmin şəxslər imza vərəqələrini, namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini quruma təqdim ediblər. Onların qeydə alınması üçün əsaslar var.

Beləliklə, prezidentliyə qeydə alınmış namizədlərin sayı 7-yə çatıb.

MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Daha öncə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin, Zahid Orucun, Qüdrət Həsənquliyevin, Araz Əlizadənin prezidentliyə namizədliyini qeydə alıb.

MSK sədri Məzahir Pənahov namizədlik vəsiqəsini İlham Əliyevə Prezident Administrasiyasında təqdim edib və bu, ictimailəşdirilib. Digər namizədlərə vəsiqələrin verilməsi prosesi haqda məlumat yoxdur.

Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib.

Ana səhifəXəbərlərPrezidentliyə namizədlərin sayı 7 oldu