Prezidentliyə namizədlə görüşə məcburi gətirilənlər…

Sumqayıtda dövlət idarələrində işləyənlər iclas adı ilə prezidentliyə namizəd Hafiz Hacıyevlə görüşə gətiriliblər. 3 apreldə Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinə toplaşanlar bura kiminlə görüşə gətirildiklərini bilmirdilər.

Bir müddət sonra zal dolur, gələnlər geri qayıdır.

Hafiz Hacıyevin səlahiyyətli nümayəndəsi Könül İsmayılova deyir ki, namizədlə görüşə heç kim məcbur gətirilməyib.

Tədbir başlayana yaxın Müasir Müsavat partiyasından prezidentliyə namizəd olan Hafiz Hacıyev gəlib çıxır.

2013-cü ilin prezident seçkiləri öncəsi Hafiz Hacıyevin təbliğat mitinqlərinə gələnlər də bura məcbur gətirildiklərin deyirdilər.

Sinxron- vallah məcbur gətirilmişəm, gəlmək istəmirdim.

11 apreldə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə 8 namizəd iştirak edir. Müxalifət partiya və hərəktları seçkinin nəticələrini tanımayacaqlarını bildirərək boykot qərarı veriblər.

Ana səhifəVideoPrezidentliyə namizədlə görüşə məcburi gətirilənlər…