Prezidentlərin görüşü regional kontekstdə

Tərəflər 2024-cü ilə qədər münaqişə ilə bağlı planlar haqqında heç nə deməyiblər, amma

Source:
fotolar Azərtac
fotolar Azərtac


Tərəflər 2024-cü ilə qədər münaqişə ilə bağlı planlar haqqında heç nə deməyiblər, amma…

Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 1-də Soçidə keçirilən görüşü 2024-cü ilə qədər, yəni Putinin prezidentlik müddətinin başa çatdığı və Əliyevin prezidentlik müddətinin başa çatmasına – 2025-ci ilə az qalana qədər iki ölkənin əməkdaşlıq konturlarını müəyyən edib.

Razılaşmalar qismən Rusiya Federasiyası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında 2024-cü ilə qədər Əməkdaşlıq Proqramında və Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planında (5 “yol xəritəsi”) təsbit edilib.

Proqramın və Planın təfsilatı hələlik açıqlanmayıb. Amma Rusiya tərəfi deyir ki, beş yol xəritəsinə ticarətin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat marşrutlarının yaradılması və müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, turizm mübadiləsi sahəsində, habelə neft sektrounda humanitar əlaqələrin genişləndirilməsi daxildir.

Əliyevi qəbul edən Putin ənənəvi klassik tərzdə açıq-aşkar iqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət dövriyyəsi həcminin artırılması zərurətini vurğulayıb.

Statistik məlumatlar göstərir ki, neft qiymətlərinin artması ilə əlaqədar 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin artım təmayülü var. Rusiya FTX-nin məlumatına görə, 2017-ci ildə Rusiya-Azərbaycan ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 34,4% artaraq, 2 627,2 mln. dollar təşkil edib. Rusiyanın Azərbaycana ixracı 1 935,1 mln dollara (+28,3%), idxal 692,1 mln. dollara (+55%) çatıb. Rusiya üçün xarici ticarət əməliyyatlarının saldosu 1 243,0 mln. dollar ölçüsündə müsbət olub. Bu məhsul əsasən mülki təyinatlıdır. Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir, 2017-ci ilin sonuna olan məlumata görə ölkənin ümumi ticarət dövriyyəsində 9,48%-lik payla üçüncü yeri tutur və 17,7%-lik payla Azərbaycan idxalında liderlik edir.

Bu il dinamika bir qədər azalıb, birinci yarımilin ticarət dövriyyəsi məlumatları 1,137 mlrd. dollardır. Amma gözləmək olar ki, Soçi görüşü 2017-ci ilin göstəricələrin səviyyəsini aşmaq üçün lazımı dinamikanı verəcə biləcək.

İmzalanmış 12 sənəddən göründüyü kimi, görüşün yekunlarına görə ticari-iqtisadi əməkdaşlığın inkişafına xüsusi diqqət çəkilsə də, prezident Əliyev qeyd edib ki, regional məsələlər müzakirə olunub.

Onlara aşağıdakıları aid etmək olar:


1.

Transxəzər qaz kəməri


2.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizi


3.

Qarabağ münaqişəsi


4.

Amerika sanksiyaları kontekstində İranda vəziyyətin inkişafı


5

. Qarşıda duran İdlib əməliyyatı fonunda İŞİD döyüşçülərinin MDB ərazisinə keçməsi ehtimalının qarşısının alınması.

Burada qeyd etmək lazımdır ki, Rusiya, çətin ki, Transxəzər qaz kəmərinin tikintisinə mane olsun, çünki illik 30 mlrd. kubmetr həcmində nəqli planlaşdırılan Türkmənistan və Azərbaycan qazı Rusiyanın dünya və region bazarında pay iştirakı üçün təhlükə yaratmır. Rusiyanın Avropa istehlakçıları üçün Türkmənistan qazı almaqdan imtina etməsi buna dəlalət edir.

Bu təxmini tranzit və təhlükəsizlik fonunda Azərbaycanın Rusiya üçün əhəmiyyətli rolu ilə möhkəmləndirmək olar. Azərbaycan Rusiya üçün kifayət qədər maraqlı olan mühüm nəqliyyat habına çevrilir. Əliyev görüşdə xatırladıb ki, Rusiyadan yük daşınması illər ərzində 100 dəfə artıb. Konkret həcm açıqlanmayıb, amma yüz dəfə artım böyük bir göstəricidir. Və bu, Şimal-Cənub İran dəmir yolu qolunun işə salınmasından öncə tranzit prosesinin yalnız başlanğıcıdır.

Təhlükəsizlik mövzusunu davam etdirsək, – bu mövzu son illər Rusiya-Azərbaycan məsləhətləşmələrinin ən az iqtisadi mövzular qədər prioritet mövzusu olur, – hər iki tərəfi İran və Suriyadakı vəziyyət narahat etməlidir. İrana qarşı Amerika sanksiyalarının daha da gücləndirilməsi və planlaşdırılan ABŞ tərəfindən İran nefti ixracının tamamilə bloklanması İranda sosial və daha sonra siyasi partlayışa gətirib çıxara bilər.

İrandaxili iqtisadi və siyasi böhran başlasa, onun nəticələri Azərbaycana, o cümlədən Rusiyaya təsir edə bilər. Prinsipcə, onlardan qaçmaq mümkün deyil. Söhbət irandaxili kollapsın təsirinin minimuma endirilməsindən gedir. Əsəd və RF ordusunun Suriyanın İdlib mühasirəsində İŞİD və Əl Nusra döyüşçülərinin böyük bir dəstəsinə (50 min) qarşı planlaşdırılan əməliyyatının nəticələri daha operativ təhlükə təşkil edir. Şimali Qafqaz və Mərkəzi Asiyadan olanların üstünlük təşkil etdiyi qruplaşmaların müxtəlif yollardan vətənlərinə keçməyə çalışacağı təhlükəsi var. Yeri gəlmişkən, Suriya böhranının bu və digər məsələləri İran, Rusiya və Türkiyə prezidentlərinin sentyabrın 7-də Təbrizdə keçiriləcək görüşündə də əksini tapacaq. Regional təhlükəsizlik sahəsində, xüsusən Suriya ilə bağlı yüksək səviyyədə Türkiyə-Azərbaycan məsləhətləşmələrinin fəallaşması da bunu göstərir.

Bu kontekstdə Rusiyanın ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinin sintezi çərçivəsində Qarabağ münaqişəsinin nizamlanması üzrə əməlləri daha da realistləşir. Tərəflər 2024-cü ilə qədər münaqişə ilə bağlı planlar haqqında heç nə deməyiblər, amma bu məsələ üzrə fəaliyyət planının ola biləcəyi istisna deyil, bu, regional layihələrin təşviqi və təhlükəsizlik nöqteyi-nəzərdən məntiqli olardı ki, Cənubi Qafqazla həmsərhəd olan Rusiya bunda maraqlıdır.

Beləliklə, Rusiya və Azərbaycanın regional gündəliyindən irəli gələrək, prezidentlərin qısamüddətli işgüzar görüşünün regional kontekstdə iki ölkənin qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsini nəzərdə tutan daha mühüm məqsədlərinin və gələcək vəzifələrinin olduğunu deyə bilərik. Azərbaycanın təhlükəsizliyi və sabitliyi, o cümlədən Qarabağ münaqişəsinin həlli nöqteyi-nəzərdən regional problemlər rəsmi Bakının öz maraqlarını təşviq etməsi üçün əlverişli fon yaradır. Təkcə ondan düzgün istifadə etmək qalır.

Ana səhifəAnalitikaPrezidentlərin görüşü regional kontekstdə