Prezidentlərin görüşü başlayıb

Vladimir Putin: “Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün Azərbaycanın və Ermənistanın xoş məramı var”

Source:


Vladimir Putin: ”


Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün Azərbaycanın və Ermənistanın xoş məramı var”

Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyanın iştirak ilə Soçidə “Boçarov Ruçey” iqamətgahında üçtərəfli görüş başlayıb.

Rusiyanın RİA Novosti agentliyinin yaydığı məlumata görə, görüşdə Vladimir Putin bildirib ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləmək üçün Azərbaycanın və Ermənistanın xoş məramı var.

“Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan prezidenti problemin sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkib və siz (Ermənistan prezidenti) indi bu barədə danışdınız. Bu, həqiqətən də ən başlıcasıdır, çünki insanların ölümündən böyük faciə yoxdur” – deyə Rusiya prezidenti bildirib.

Ana səhifəXəbərlərPrezidentlərin görüşü başlayıb