Prezidentlər görüşdü

Səfər zamanı Azərbaycanla İran arasında əməkdaşlığa dair 10-dan çox sənədin imzalanacağı gözlənilir

Source:


Səfər zamanı Azərbaycanla İran arasında əməkdaşlığa dair 10-dan çox sənədin imzalanacağı gözlənilir

Prezident İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri başlayıb.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında İlham Əliyevi İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi qarşılayıb.

Sonra İran prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Mərasim Sədabad sarayında təşkil olunub.

Səfər zamanı Azərbaycanla İran arasında əməkdaşlığa dair 10-dan çox sənədin imzalanacağı gözlənilir.



APA, Trend

Ana səhifəXəbərlərPrezidentlər görüşdü